Pezeşkiyanın seçilməsi ile ilgili Amerəkanin Səsi Radiyosu ilə söyleıi

İranın siyasi paradiqmasını şəkilləndirən qruplar fərqli yollarla türklərin siyasi fəallığını önləməyə çalışır. Bu doğrultuda islahatçılar və mühafizəkarlar türklərin seçkilərdəki zəfərini sahibləməyə çalışırlar. İslahatçılar Cavad Zərifin rolunu şişirdərək sanki Pezeşkianı Zərif prezident edib və kabineti də o qurur, o yönləndirir kimi göstərməyə çalışırlar. Mühafizəkarlar da Pezeşkianın Xameneyi və hakimiyyətin bir planı olduğunu irəli sürərək onu sahublənirlər. Xaricdəki müxaliflər də Pezeşkianın danışıqlarını və işlərini aşağılayaraq Azərbaycanın bu zəfərini dəyərsizləşdirməyə çalışır. Hər üç qrupun da ortaq hədəfi türkləri ümidsizləşdirərək siyasətin gündəmindən çıxarıb və rasist sistemin olduğu kimi davam etməsini təmin etməkdir

Bu proseslər burayadək dərin təsir buraxıb və mən düşünürəm ki, belə davam edərsə İranın geosiyasi dəyişikliyinə yol açacaqdır. Bunun üçün bu məşəlin sönməməsi lazımdır. Burada milli fəalların üzərinə önəmli vəzifə düşür. Fəallar o üç qrupun propaqanda oyununa gəlməməli, öz uğur və zəfərlərinə sahib çıxmalı və öz modern və demokratik söyləmlərini İranın siyasi paradiqmasının ön planına çıxarmağa çalışmalıdırlar.

https://www.amerikaninsesi.org/a/7785093.html

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir