Güney Azərbaycan bağımsızlığının olasılığı

Son zamanlarda, güney Azərbaycan bağimsizliği nədəni ve olasılığı qonusunda yayınlar başlayıp, bu hərəkətin içindən biri olarak və bir analist gözü ilə, güney azərbaycan bağımsızlığının olasılığını araştırıp, ola biləcəği və qazancinin, maliyətindən daha şox olma ihtimalini göstərəcəğəm, bu meqalə fəqət bir analizdir və yazarın, güney azərbaycan bağımsızlığını savunmak vəya qarşı gəlmek anlamında dəğil

Giriş

1- Birləşmiş Millətlər Təşkilatının(BMT) quruluşunda, dünyada 50’ən az ölkə vardır, halbuki indi BMT üyələri 200’ən çoxdur, yani ortalama hər ölkə 4 ölkəyə bölünmüş olur, ama hər hanki ölkənin(fəqir vəya zəngin) xalqından bağımsızlığ qonusunu sorarsaq, bəlkə çoğunluğu qonşu ölkələr ilə daha yaxcı ilişki olamaqdana yana olurlar ama heç biri istiqlal qonusuna şübhələri olmaz və heç türlü geriyə dünüb əski ölkəyə yapışmağı qəbul etməzlər. Buda bağımsızlığın bir gerçək deyər olduğunu göstəriri ki her kimin fikricə, xarici güclərin zorluğu olmazsa, var olması olmamasından daha yaxcıdır.

2- Müstəqillik hər bir insan vəya bir grup insanın doğal haqqıdır və müstəqilliğin həç tərfə faydası olmasa belə, ona qarşı durmaq vəya əngəlləməğinə bir nədən olamaz.

3- Bir millətin bir grupunun bağımsızlığ istəməği, o etnik vəya bölgənin müstəqil olma anlamına gəlməz və sadəcə toplumun bir bölümünün düşüncələrini göstərir və rəsmiyətə tanılıp görünməsi gərkir. Örnək olarak iskoç yerəl hüküməti istiqlqlçı parti əlində ama müstəqil olma imkanı olduğuna rağmən və Britaniyanın, skoç müstəqilliği için refrandoma izin vərdiğinə rağmən, iskoç xalqı müstəqilliğə öy vərmədi vəya tam tərsinə, iraq kürdüstanında hardasa tüm kürd xalqı müstəqilliq arzusu və istəğində olduğuna rağmən, qonşu ölkələrin hassasiyətləri və bezi alabiləcəkləri avantajlar ki müstəqilliqdən sonra alamzlar(kərkük)i göz önünə alaraq müstəqilliqtən uzaq dururlar.

Yani müstəqilliq hərkim için bir müsbət dəyər anlamı daşıyır və müstəqilliğə qarşı olanlar, nədənlərini ilan etmək zorundalar. Buna rağmən qonuyu bir örnək ilə açmak istəyirəm, tutalım bir nəçə ortağın bir mütəbər şirkəti var, ortaklar birbiri ilə qahım vəya dost ola bilir vəya ola bilməz, bü şirkət əski şirkət olabilir və ya yəni bir şirkət olabilir, gəçmişdə ortaqlar arasında çatışma olmuş ola bilir vəya hər zəman anlayışlı və əmpati ilə yürütülmüş olabilir, şirkətin malı durumu yaxcı vəya pis olabilir, şirkətin gələcəğinin təxmini yaxcı vəya pis olabilir, ama bunların həç biri, ortaqların öz payını alıp və öz şirkətini qurmaq istəğinə manii olamaz, yani normaldə hər ortağın payını alıp ayrılma və kəndi işini qurma haqqı var.

Ama bir ortağın, öz payını alıp ayrılmağına əngəl olacaq nədənləri iki bölümə bölmək olar:

1- Ayrılığın maliyəti, başqa ortaqların birbiri ilə əl birlik yapıb ayrılmak istəyən ortağın maliyətini çoxatma ihtimali var, beləliklə ayrılmaq istəyən ya ayrılmaq istəğindən geçər, vəya ayrılırsa ödədiği maliyətdən dolayı öz şirkətini quramaz halə gəlir, maliyətlər cana va mala gələ bilir

2- ayrılqdan sonra istədiği qazancı eldə ətməmək, yani ortaq şirkətdən aldığı pay ilə qurduğu şirkətin qazancı daha az ola, və ortaq şirktdə qalıp öz payının qazancını alırsa daha qazanclı çıxar

indi bir şirkət düşünün ki, ortaqların birinin daha çox payı var(məsələn %40) və hilə ilə şirkətin tüm işlərini ələ geçirip, şirkətin varlıklarını çalır, ortaqların arasında düşmanlıq salıp və onların birləşməsini və haqlarını almasına qarşı gəlir, beləsi bir durumda ortaqlar şirkətin gələcəğinə umutlarını itirip və hər biri bir an əvvəl hssəsini alıp ayrılmağı düşünərlər və əğər ayrılmaq imkanı olmaz isə gənəldə şirkət işlərinə və qərarlarına qarşı duraraq şirkəti krizə və çökməyə gəçirərlər və sonunda şirkət parçalanma və küçülməğə məcbur qalır.

Nədən mustəqillik

Azərbaycan milləti tüm başqa millətlər kimi, iranda həç sorunu olmazsa bilə, yinə müstəqil olma haqqı var və bu haq rəsmiyətə tanınmalıdır, necəki skoçların ingiltərə ilə həç sorunları olmadığına rağmən(ən azı bizim bildiğimiz sorunlar), yinə birgrupun bağımsızlığ istədiği için, dünya bu haqqı onlara rəsmiyətə tanıyır. Ondan başqa, azərbaycam xalqı iran çərçivəsində çeşitli sorunlar ilə qarşı qarşıyadır və onları çözmək üçün çarə axtarırlar, azərbaycanda ən önəmli sorun kimlik sorunudur, iran hakimiyətindəki elit, hələ azərbaycan xalqının türk kimliğini rəsmiyətə tanımır və bu qonu tüm başqa sorunlara nədən olur. Məsələn ruhanini vədə vərdiği türk dil qurumu qonusunda gördük ki mucadilə bir tək Türk kəlməsi üstündədir və Türk kəlməsi olmamaği üçün, hər hiləyə əl atdılar, yani Azərbaycan xalqının türk kimliğinin inkarı.

Mən bu məqalədə, fars olmayan millətlərin başqa ayrı-seçkilər məruz qaldığı qonuları saymaq niyyətində dəğiləm çünkü bü məsələ dəfələrcə danışılıp və hammı nə olduğunu az çox bilir, fəqət bunuda dəməliyəm ki ana yasada, kimlikləri rəsmiyyətə tanımadan, ən kiçik vərilmiş haq(15’ci maddə) belə hükümət tərəfindən icra ədilmir və bəlkə dünyada ilk ölkə olabilirik ki orada cumhur başqanı adayı, seçki öncəsi, anayasanı icar edəcəğinə dayir söz verir və onun için xalqın oyunu qazanır ama cumhur başqanlığına yetişdiktən sonra, hükümət içi və opozisyon olan yüzlərcə sözdə aydın adamlar cumhur başqanından, ana yasanın icra olmamağını istəyirlər.

Hərhalda fars olmayan xalqlardan biri olaraq iran ölkəsinin dürümünü aşağıdaki kimin özətləyə bilərəm:

1- iranın tüm siyasi, nizami, ekonomik və kültürəl qurumları, %40 olan farsların mənfəətləri yönündədir.

2- Bu hakimiyət fars olmayanların (və bazən farsların belə) istəklərini, dəvamli şəkildə basdırmağa çalışır.

3- bu hakimiyətin durumunun dəğişmə umudu sıfır kimidir və hər gün öncəki gündən dahada çox, yeni bir macəra və qanunsuzluqlar başlatan bir hükümət ilə qarşı qarşıyayıx.

4- Hükümət qurumlarının dəğişmə umudu sıfır kimidir, yani içdəki islahatçılar və dışdaki opozisyonun, milliyətlər qonusunda düşüncələri varolan hükümətə yaxın vəy ondan daha da radikaldır

5- Fars olmayan xalqların, birləşip və hükümət qurumlarını dəğiştirme ihtimalı yoxdur, çünkü fars olmayan xalqların, hükümətə qarşı olmaqdan başqa heç ortaq qazancları yoxdur və bəzən, qazancları birbirinə qarşıdır:

a- Kültürəl baxımdan fars olmayan xalqların birbirliri ilə çox yaxınlıqları yoxdur, türk, kürd, arab, bəluç və … başqa xalqlar ve fərqli kültürlərə sahiblər

b- Hər xalqın özüne özəl bölgəsi var və bəzən bu bölgələrin sinirlarında birbiri ilə çatışmaları var

c- Ekonomik qaynaqları fərqlidir, məsələn arablar nə qədər ki nəftlərinin farslara getməsini istəmirlər, elə o qədər də türklərə, kürtlərə, bəluçlara və başqalarına getməsin istəmirlər.

Üstdəkilərə baxaraq, bu durumda tək çarə bağımsızlığ və hər bölgənin ayrılması görünür ki fars olmayan xalqlar(fəqət bunun üçün) birbirinin işbirliği ilə bu amaca çata bilirlər.

Nədən bağımsızlığ? sorusunun cəvabı bəlli olduğuna görə, nədən indiyə dək bu iş olmayıp vəya olamayıp qonusuna başlaya biliriq.

Bağımsızlığ mümkünmü?

Müstəqilliğin mümkün olduğunu anlamaq üçün ayrılığın maliyəti və ayrılığın qazancı qonusunda danışmalıyıq.

Günəy Azərbaycanın ayrılma maliyəti:

Bu qonu açıldığında, bir anda hərkimin qorxunc senaryolar ağlına gəlir və farsların adını gətirmədən, onları sırblar vəya DAİŞ kimi göstərirlər ki Azərbaycan xalqını öldürəcəklər, qadınlara təcavuz ədəcəklər və tüm ekonomik və kültürəl qaynaqlarını yandırarak illər boyu Azərbaycan xalqını, yanmış bölgələrdə, biç uşaqlarla fəlakət içində yaşadacaklar. Əyər farslar gərçəkdən belə xalqdırlar isə, o zaman, oda ayrılmaq üçün başqa bir nədən ola biliri ama məncə nə fars xalqı o səviyədə bir xalqdır və nə ocur bir işə gücü var. Ama hər halda hər türlü bağımsızlığ millətlər arası və özəlliklə fars və fars olmayan millətlər arasında savaşa nədən ola bilir və savaşda da halva paylamazlar bilirik. Hər halda belə bir savaşın ihtimali olurasa, Azərbaycana nə qədər maliyəti olacağını danışmalıyık.

Gənəldə Günəy Azərbaycan müstəqilliği deniləndə, iran hüküməti varolan və bəlkə daha güclü dürümda xəyal ədilir, ki bir kiçik grup azərbaycanda bağımsızlığ ilan ədip və iran ordusu çox rahatca azərbaycana girip bağımsızlığçıları bastırır, beləsi bir xəyal mantıqsızdır və heç bir istiqlalçının, beləsi xəyalı yoxdur və olamaz. İstiqlalçılar kəsinliklə gərəkən zaman yetirməyincə, bağımsızlığ için pratik bir iş görməyəcəklər və fəqət mustəqillik zamanına yətişmək için hər atdımi dəyərləndirərək iranın durumunu istədikləri noktaya sürməyə çalışacaklar. Məncə istənilən nokta və bağımsızlığ ilanı için musait zaman aşağıdaki ik durumdan biri ola bilir:

1- İran getgedə dəmokratikləşir, hükümət gücləri bölgələrə paylaşılır və yerəl hükümətlər və məclislər qurulur, beləsi bir durumda yerəl hükümət vəya məclis, iran hüküməti, dünya və bölgə gücləri ilə lobilik yaparak, günəy Azərbaycanda rəfrandom olmasına iqna edər və millət müstəqilliğə öy vərirsə, günəy Azərbaycan müstəqil olur və öz hükümətini qurar.

2- Bu durum olduğu kimi dəvam ədər, narazılıqlıqlar getgedə çoxalır, yerəl və tüm ölkəni saran eyləmlər və isyanlar ardından, mərkəz hükümət gücsüzləşib, çökmək halına gəlir və günəy azərbaycan, kürtlər, arablar, bəluçlar, türkmənlər, lorlar və bəlki də giləklər və mazəndəranlılar ilə bərabər müstəqilliklərini ilan edərlər.

Məncə birinci seçənək ən yaxşı seçənəkdir və hərkimin arzusu olmalıdır və ən az maliyət olandır, bəlkədə heç maliyəti olmaz, öncə də dədiğim kimi, məncə iranın o duruma gəlmə ihtimalı həç yox, ama istiqlalçıların bir qismi ona umutlu olup və ona yətirmək üçün çalışa bilirlər.

İranın siyasi durumunu göz önünə aldığımızda ikinci seçənək ən mühtəməl seçənək görünür, və bu seçənək ilə ilgili bağımsızlığın maliyətini anlamak üçün iki qonuya diqqət etməliyik :

1- Fars hakimiyətinə karşı maliyət

İran ikinci seçənək dürumuna geldiği haldə, fars hakimiyəti çürümüş durumda olacaq və varolan ordu gücü yox olacak, Arteş, sipah, bəsic və polis də olan azərbaycanlılar işdən çıxarılmış vəya ana vatana dönüp, Azərbaycan ordusu və polisinə qovuşmuş olacaklar, və fars hakimiyətinin bastırma gücü qalmayacakdır. Birdə azərbaycan bölgəsi farsların bölgəsi ilə qarşılaştırıldığında, daha çok homojənik topluma sahipdir, və farslar macəraya girmək istərlərsə, bir sürü türkün fars bölgələrində yaşadıkları üçün farslar Azərbaycanlılardan daha çox savunmasız halda olacaklar, və şəhər içi savaş olursa, azərbaycan şəhərlərində dəğil farsların şəhrində olacakdır, yani farsların əlinə verilən faktor, türklərin əlinə verilən faktordan daha çox maliyətli olacaq və bu nədənlərə görə farsların risk edib belə macəraya girmə ihtimali çok azdır

2- Batıdakı qonşu, yanı kurdlərə qarşı maliyət

Məncə bu qonuyu çok böyütmüşlər və belə bir qarşılaşma gərçəkcil dəğil, bəzi sınır bolgələr(urmiyə, nəqədə, qorvə, bicar və … kimi) də geçici qarşılaşma olabilir ama mencə iki tərəfin də siyasətci və aydınları, yetərincə ağıllılar və onun bir gerçək savaşa çəevirilməsinin qarşısını ala bilirlər. Kürdlər dediğimizdə, söz qonumuz fəqət iran kürdləri dəğil, və iraq və türkiyə kurdlərini də muadiləyə qatmaq gərəkir,mən türkiyə və iraq kürd aydınlarınin(ki iran kürdlərind etkiləri çoxdur), belə bir macəra üçün, kürdlərin enərjisinin %20 dən az kürd nüfüsü olan şəhirlər üçün sərf olmasına icazə vərəcəqlərinə inanmıram, çünkü 1) bu şəhərlərin onlar üçün stratejik önəmi yoxdur(o şəhərlər onları nə bir başqa qonşuya yaxınladır, nə petrol var və nə dənizlərə yolu var) 2) azərbaycan ordusu öncə dədiğimiz kimi güclü bir ordu olub gərəkirsə kürtlərə rahatca qalib gələ bilir. Bir başqa yöndən, azərbaycanlılar da difakto olarak batı azərbaycan vilayətinin bəzi şəhərlərinin(mahabat, sərdəşt ve …) kürd nüfüslu olduğunu qəbul edir və o şəhərlərin nüfüsü istəsə, onların azərbaycandan ayrılıp kürdüstana bağlı olmağını qəbul edəcəklər.

Bağımsızlıkdan əldə ədiləcək qazanclar

Bu qonuda mən öncə düşündüğüm bağımsız azərbaycanın durumunu açıklayıram:

3- İran zayifləmiş, fərqli milliyətlər bağımsız olmuş və öz ölkələrini qurmuşlar

4- Günəy azərbaycan, quzəy azərbaycan ilə birləşərək, bağınsız azərbaycan cumhuriyətini qurmuş

Beləsi bir durumda, Azərbaycanın siyasi, iqtisadi və kültürəl durumunu iran(farsistan) ilə qarşılaştırdığımızda, Azərbaycanın irana görə daha yaxşı durumda olacağı ortaya çıxır:

a- Dəvlətçilik və dəmokrasi

1- Azərbaycan 40 milyona yaxın nufus ilə parçalanmış irandan daha çox nufuslu olacaq və dunya və bölgə çapında daha etgili məmləkət olacaq

2- Azərbaycan bir avrupa ölkəsi olarak, iqtisadi və nizami qalıxnma üçün daha çox fürsəti olacax, ortadoğu və qafqazlarda hegemonisini gənişlətmə imkani olacak

3- Avrupa toplumlarına intəgərə olarak, istər istəməz diktator hükümətlərə qaymaqının qarşısı alınacak, necə ki ilham əliyef nə qədər diktatorluğ istəsə də avrupa güclərinin basqısı altında, davranışlarını düzəltmək zorunda qalır. Mənce dəmokratik baxımdan, əliyəf hükümətinə intiqad çoxdur, ama yinə də onu iran hükümətindən çok iləri səviyədə dəmokratik bilirəm və iran ilə qarşılaştırılacak dəğil

b- Ekonomy

Azərbaycanın, qafqazdaki stratəjik qonumunu qullanarak, avrupa kurumları ilə birləşip, dünya və avrupa yatırımcilarını özünə çəkərək, böyük əkonomik qalxınma dənəyə bilir, enərji və ürün tranziti, əkinçilik və petrol da Azərbaycanın ekonomisinə özəl güc qata bilir ki parçalanmış iranda bunların heç biri olmayacaq

c- Kültür

Deməyə gərk yox ki, Azərbaycan bağımsızlıqdan ve dil və kültürü rəsmi olduktan sonra, həm türk dilində, həmdə azərbaycanda yaşayan başqa dillərdə(kürd, taliş və …) kültürəl ürünlər çoğalacadır və azərbaycan xalqının kültürəl gəlişməsində böyük rolu olacak.

Azərbaycan bağımsızlık məsələsində xarici girişim

Hər siyasət alfabəsini bilən, bilir ki hər siysi hərəkətin, o siyasəti etkiləyən grupların eşiyində də savunanları və qarşı olanları olur və bu doğal bir şəydir.

Siyasət dünyası bəzilərinin bildiği kimin “Dayi Can Napəlon” dünyası dəyil, dünya güclərinin siyasi başarıları, dünyanın bir bölümünü öz qafalarında planlayıb və öz gücləri ilə o planları gərçəyə çevirməkden qaynaxlanmır,dünya bizim Ahmədinəjad’lar kimi düşünmür ki Ruhani’ən Amano’a “tüm ajansın parasını ödəiz və qarşısında siz bizi boş buraxın” mesajıni göndərməyə çalışmışdır!. Dünya güclərinin başarısı dünya olaylarını doğru analiz ədib və başqa ölkələrdən öncə gələcəyi görüp, o analizlər üzərinə ən doğru pozisyonları seçip və ən çox fayda qazanmaqdan qaynaqlanır. əlbətdə etkiləyici güclərini də inkar ətmək olmaz. bu o dəməkdir ki dünya gücləri yeni bir olay yaratmırlar, bir olacak olayı etkiləyərək onu öz faydaları yönünə çevirməyə çalışırlar, məncə dünya gücləri və hətta türkiyə, indiyə dək Azərbaycan məsələsindən çox bilgiliri yox və ciddiyə almırlar. Dünya gücləri, bir sorunlara bürünmüş və islam dünyasının birləşməsinə manii olan bir birləşik iranı daha çox savunurlar. Fəqət Azərbaycan Aktivistlərin çalışmaları ilə, geçmiş neçə il içində, dünya güclərinin biraz diqqəti çəkilib və məncə azərbaycan milli hərəkəti, daha çox diqqət çəkə bilir.

Bir başqa sözdə budur ki, bəzən deyirlər, amərika, ingilis, türkiyə və … öz qazancları üçün, dəstəkləmək istəyirlər. Halbuki hələlik həç bir dəstəkləmə görünməyip, birdə siz bizi, “onlar bizim qazancımız üçün bizi dəstəkləyəceğini düşünmek” qədər, ağılsız sanırsınızmı? doğal olarak hər ölkə öz xalqının qazancları pəşindədir və günəy azərbaycan milli hərkətini fəqət öz qıssa və uzun vadəli qazanclar doğrultusunda baxdıklarını hərkəs bilir. Bir hərəkətin başqa ölkələr ilə ilişkisi və ya onların savunması, o hərkətin bağımlı olduğu anlamına gəlməz. azərbacan fəalları, azərbaycanın haqlarının rəsmi olmayan savunanları olarak, tüm dünya gücləri və ölkələrin çıxarlarını, azərbaycan haqları doğrultusunda qulanmaqları məşru sayılır, əlbəttəki Azərbaycan istəkləri və qazancları, başqa ölkə və millətlərin ziddinə olmamalıdır və bu hər siyasi hərəkətin ilkələrindən olmalıdır. meyər İranın başqa mərkəzci və ya milliyətci aktivistləri, başqa ölkələrin mali yardım və dəstəklərini qullanmırlar? Azərbaycan milləti və təmsilçiləri başqa millətlərin təmsilçiləri kimin, başqa ölkələr ilə gizli və açıx ilişkiləri ola bilir və onlara günəy azərbaycan bağımsızlığı və bunun dunya və bölgə istiqrqrına nəcur yardımcı olacağını açıxlayıp, onların günəy azərbaycan bağımsızlığına yardım etmələrini sağlaya bilirlər.


Note 1: Bu yazı 11.07.2015 tarihinde “Alper Atası” takma ad ile iranglobal sitesinde yayınlanmıştır.

Note 2: Bu meqaleyi gözel insan ve böyük qardaşım sayın Azeryar Danişver cenaplarının sesi ve yorumu GunAz TV’de 2 programın qonusu olmuşdu:

birinci bölüm: https://youtu.be/EK88-JY0J1E

ikinci bölüm: https://youtu.be/luD6Hs40i-s

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir